Bank Of Baku

BQXK müharibə zonasında olan insanlara tibbi yardımı gücləndirir

BQXK müharibə zonasında olan insanlara tibbi yardımı gücləndirir
# 02 dekabr 2009 15:38 (UTC +04:00)
Bakı-APA. Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) müharibə zamanı qarşı tərəfdən zərər çəkmiş insanlara tibbi xidmət göstərilməsi üçün nəzərdə tutulan xərcləri artıracağını elan edib. Bu barədə APA-ya BQXK-nin Azərbaycandakı nümayəndəliyindən bildirilib. Məlumata görə, BQXK-nın prezidenti Yakob Kellenberger Cenevrədə təşkilatın 2010-cu il üçün nəzərdə tutulan büdcəsini təqdim edərkən deyib ki, nəzərdə tutulan ümumi xərclər 2009-cu il ilə müqayisədə dəyişməz olaraq qalsa da, tibbi fəaliyyət üçün ayrılan xərclər 7 faiz artacaq.
Kellenberqer qeyd edib ki, BQXK 2010-cu ildəki fəaliyyətini maliyyələşdirmək üçün donorlara 1,1 milyard İsveçrə frankı (təxminən 1 milyard ABŞ dolları və ya 750 milyon Avro) üçün müraciət edib. O bildirib ki, 983 milyonluq ilkin büdcə təxminən 2009-cu il üçün təqdim olunmuş rekord büdcə həcmində idi. BQXK-nın ən iri humanitar əməliyyatı Əfqanıstan üçün nəzərdə tutulub (86 milyon İsveçrə frankı, 2009-cu ilin ilkin büdcəsindən 18% çox). Onun ardınca İraq (85 milyon frank) və Sudan (76 milyon frank) gəlir. BQXK, eyni zamanda Cenevrədəki baş qərargahın fəaliyyətini maliyyələşdirmək üçün 173 milyon frank üçün müraciət edib.

2010-cu ildə tibbi fəaliyyət üçün nəzərdə tutulmuş 132 milyon frank həcmində ilkin büdcə 2009-cu ildəkindən 12 milyon frank çoxdur.

BQXK-nın 2010-cu il üçün nəzərdə tutulmuş prioritetləri barədə məlumat verən Kellenberqer bunları deyib: "Bizim 2010-cu il üçün məqsədlərimiz çox iddialıdır. Bizim əsas problemimiz köməyimizə ehtiyacı olan bütün insanların bu köməkdən istifadə imkanı əldə etməsinə səy göstərməklə yanaşı, işçi heyətimizin də təhlükəsiz olmasını və zərər çəkməməsini təmin etməklə bağlıdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR