Bank Of Baku

Sabah paytaxtın Nizami rayonunun bir hissəsinə təbii qazın verilməsi dayandırılacaq

Sabah paytaxtın Nizami rayonunun bir hissəsinə təbii qazın verilməsi dayandırılacaq
# 02 dekabr 2009 16:33 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Sabah səhər saat 11:00-dan 14:00-dək Bakı şəhərinin Nizami rayonunun bir hissəsinə təbii qazın verilməsi dayandırılacaq. Bu barədə «APA-Economics»ə ARDNŞ-dən məlumat verilib.

Şirkətdən bildirilib ki, Nizami rayonu B. Nuriyev küçəsindəki 310 saylı qazanxanaya gələn qaz kəmərinin mövcud qaz şəbəkəsinə qoşulması ilə əlaqədar 3 dekabr saat 11:00-dan Nizami rayonu 8-ci kilometr qəsəbəsində qaz təchizatı müvəqqəti dayandırılacaq. Təmir işləri başa çatdıqdan sonra, saat 14:00-da əraziyə qazın verilişi bərpa olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR