Bank Of Baku

DSMF: Azərbaycanın sığorta-pensiya sistemi əlillərin etibarlı sosial müdafiəsinə təminat verir

DSMF: Azərbaycanın sığorta-pensiya sistemi əlillərin etibarlı sosial müdafiəsinə təminat verir
# 03 dekabr 2009 08:26 (UTC +04:00)
Bakı – APA-Economics. Azərbaycanda əmək pensiyası alan 1 298 850 nəfərin 23,9%-i (311 min nəfər) əlilliyə görə əmək pensiyası alır. Bu barədə «APA-Economics»ə Dövlət Sosial Müdafiə Fondunun ictimaiyyətlə əlaqələr sektorunun müdiri Elman Babayev məlumat verib.

Onun dediyinə görə, 1 noyabr 2009-cu il tarixə, əlilliyə görə əmək pensiyası alanların 7,2%-i (22,4 min nəfər) I qrup, 83,7%-i (260,3 min nəfər) II qrup, 9,1%-i (28,3 min nəfər) III qrup əlilləridir. Belə ki, I qrup gözdən əlillərin sayı 7580 nəfər təşkil edir. Əlilliyə görə əmək pensiyası alan vətəndaşların 3,9%-i müharibə əlilləri, 95,5%-i ümumi səbəbdən əlillər, 0,6%-i isə dövlət qulluqçularıdır.

E.Babayev qeyd edib ki, Azərbaycanda əlillərə dövlət qayğısı 2006-cı ilin 1 yanvarından qüvvədə olan «Əmək pensiyaları haqqında» qanunda xüsusi ifadə olunub. Əhalinin pensiya təminatında yeni sistemin tətbiqini nəzərdə tutan bu qanunda əlilliyə görə əmək pensiyası növü xüsusilə fərqləndirilib, əlillərin sosial müdafiəsi ilə bağlı mühüm müddəalar əks olunub. Bu müddəalar ilk növbədə əlilliyə görə əmək pensiyasının təyin edilməsi şərtləri ilə bağlıdır. Qanunun müddəalarına əsasən, vətəndaşların yaşa görə pensiya hüququ müəyyən yaş həddi ilə məhdudlaşdırılsa da, əlilliyə görə pensiya təminatında heç bir yaş həddi qoyulmayıb. Qanunun müvafiq müddəaları ilə I qrup əlilə qulluq edilməsi müddəti, əmək xəsarəti və peşə xəstəliyi nəticəsində işləməyən I və II qrup əlillərin yaşa görə pensiya hüququ çatanadək pensiyada olduqları müddət sosial sığorta haqqının ödənilib-ödənilməməsindən asılı olmayaraq, sığorta stajına daxil edilib.

Əlillərin ailə başçısını itirməyə görə əmək pensiyası hüquqlarının müəyyən edilməsində də bir sıra güzəştlər nəzərdə tutulub. Belə ki, qanunla 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşdan yuxarı əlillər, eləcə də I və ya II qrup əlil ata, ana, ər (arvad) yaşından və əmək fəaliyyətindən asılı olmayaraq, ailə başçısını itirməyə görə pensiya hüququna malikdirlər.

Bundan əlavə, əlilliyə görə əmək pensiyasının baza hissəsinin məbləği yaşa görə əmək pensiyasının baza hissəsinin məbləğinin I qrup əlillərə 120%-i (I qrup gözdən əlillərə 200%-i) həcmində müəyyənləşdirilib.

Digər mühüm bir məqam əmək pensiyasının baza hissəsinə əlavələrlə bağlıdır. Belə ki, Qanunun 19-cu maddəsinə əsasən, öhdəsində əmək qabiliyyəti olmayan ailə üzvləri olan işləməyən I və II qrup əlillərə ailənin əmək qabiliyyəti olmayan hər üzvü üçün yaşa görə əmək pensiyasının baza hissəsinin 5%-i məbləğində, I qrup əlillərə qulluq üçün yaşa görə əmək pensiyasının baza hissəsinin 10%-i məbləğində, I qrup müharibə əlillərinə yaşa görə əmək pensiyasının baza hissəsinin 100%-i məbləğində (I qrup Böyük Vətən Müharibəsi əlillərinə 140%-i məbləğində), II qrup müharibə əlillərinə yaşa görə əmək pensiyasının baza hissəsinin 70%-i məbləğində (II qrup Böyük Vətən Müharibəsi əlillərinə 110%-i məbləğində), III qrup müharibə əlillərinə yaşa görə əmək pensiyasının baza hissəsinin 50%-i məbləğində (III qrup Böyük Vətən Müharibəsi əlillərinə 90%-i məbləğində) əlavələr hesablanır. Bu əlavələr 01 yanvar 2006-cı ilədək mövcud olmuş əvvəlki pensiya sistemi ilə təyin olunmuş əmək pensiyalarının da üzərinə yenidən hesablanıb.

E.Babayev bildirib ki, cari ilin 10 ayı ərzində əlillərin sağlamlığının mühafizəsi və tibbi bərpasına, əlillik problemi ilə bağlı informasiya təminatının, əlillərin yaradıcılıq və asudə vaxtının, idman və bədən tərbiyəsi üzrə tədbirlərinin təşkili, əlillərə maddi və texniki yardımın təşkili üzrə xərclərə 2,6 mln. manat vəsait yönəldilib. Göstərilən istiqamətdə həyata keçirilən xərclər son 5 il ərzində 2 dəfə artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR