Bank Of Baku

“QHT-lərin fəaliyyətində səmərəli idarəetmə, şəffaflıq və hesabatlılıq” mövzusunda konfrans keçirilib

“QHT-lərin fəaliyyətində səmərəli idarəetmə, şəffaflıq və hesabatlılıq” mövzusunda konfrans keçirilib
# 03 dekabr 2009 08:53 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Açıq Cəmiyyət İnstitutu-Yardım Fondu və Konstitusiya Araşdırmaları Fondunun təşkilatçılığı ilə “QHT-lərin fəaliyyətində səmərəli idarəetmə, şəffaflıq və hesabatlılıq” mövzusunda konfrans keçirilib. APA-nın xəbərinə görə, Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev çıxışında QHT-lərin fəaliyyətində şəffaflığın artırılması üçün “QHT-lərin Şəffaflıq Xartiyası” layihəsini hazırladıqlarını deyib.

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev isə bildirib ki, QHT-lərin fəaliyyətində şəffaflığın təmin olunmasında problemlər var: “Etiraf etməliyik ki, QHT-lərin mövcud fəaliyyəti bizi qane edə bilməz. Çox az sayda QHT var ki, hesabatlılığı təmin edir. Bu günə kimi Ədliyyə Nazirliyində 2447 QHT qeydiyyatdan keçib. QHT-lərin məlumat kitabını hazırlamaq üçün araşdırma aparanda 1308 QHT haqqında məlumat tapa bilmədik. Bundan başqa, QHT-lərin əksəriyyəti öz iclaslarını keçirmir. İldə bir dəfə onlar iclaslarını keçirib ictimaiyyətə məlumatlar verməlidirlər. Bu gün layihəsi təqdim olunan “QHT-lərin Şəffaflıq Xartiyası” dəyərli sənəddir. Bu sənəd bir müddət ictimaiyyətdə müzakirə edildikdən sonra qəbul oluna bilər” .

A. Quliyev yaxın vaxtlarda Milli Məclisdə QHT-lərin sosial sığortadan azad edilməsi ilə bağlı təkliflə çıxış etmək niyyətində olduğunu söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR