Bank Of Baku

Azərbaycan paytaxtında Yeniyetmələrin VI Beynəlxalq Elm Olimpiadası keçirilir - FOTOSESSİYA

Azərbaycan paytaxtında Yeniyetmələrin VI Beynəlxalq Elm Olimpiadası keçirilir - <font color=red>FOTOSESSİYA</font>
# 03 dekabr 2009 09:18 (UTC +04:00)
Tədbir Azərbaycan hökuməti, Heydər Əliyev Fondu, İJSO (International Junior Science Olympiad) və Azərbaycan Milli Elmlər Akademiyasının dəstəyi ilə keçirilir. Olimpiadanın açılışında Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təbrik məktubu səsləndirilib. Məktubda artıq uzun illərdir müstəqil Azərbaycanın mədəniyyət, elm və idman sahəsində beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrildiyi qeyd edilib: “Bu baxımdan Beynəlxalq Elm Olimpiadasının da Bakıda keçirilməsi təsadüfi deyil. 2009-cu il “Uşaq ili”nin belə mötəbər bir tədbirlə yekunlaşması çox fərəhləndiricidir. Çünki gələcəkdə görəcəyimiz bütün işlər məhz yeniyetmələrin sayəsində mümkün olacaq”.

Açılış mərasimində çıxış edən gənclər və idman naziri Azad Rəhimov isə bildirib ki, tədbir ölkə prezidentinin xüsusi sərəncamı ilə keçirilir: “Bu, ölkə rəhbərliyinin elmə xüsusi diqqət verdiyini nümayiş etdirməklə yanaşı, ölkəmizdə gənclərin elmə olan marağının artırılmasına, gənclərin yaradıcılıq potensialının üzə çıxarılmasına, bu istiqamətdə beynəlxalq əməkdaşlığın qurulmasına xidmət edir”.

A. Rəhimov bildirib ki, Azərbaycanın 30-dək tanınmış elmi mütəxəssislərinin iştirakı ilə yaradılmış Elmi Komitə tərəfindən olimpiadanın fizika, kimya və biologiya fənləri üzrə test, nəzəri və eksperiment-təcrübə tapşırıqları hazırlanıb. Bu günədək ümumilikdə Elmi Komitənin 30-dək iclası keçirilib. Olimpiada zamanı tələbələr, onların müəllimləri, müşahidəçilər üçün Azərbaycanın tarixi və mədəniyyəti ilə tanışlıq məqsədi ilə 6 səyahət marşrutu müəyyən edilib.

Xarici işlər nazirinin müavini, Azərbaycan Diplomatik Akademiyasının rektoru, Yeniyetmələrin VI Beynəlxalq Elm Olimpiadasının Elm Komitəsinin rəhbəri Hafiz Paşayev isə bildirib ki, belə olimpiadalar ölkələr arasında əlaqələrin möhkəmlənməsinə xidmət edir. O Azərbaycanda elmə, təhsilə, gənclərin inkişafına böyük sərmayələr qoyulduğunu bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR