Bank Of Baku

Viktor Yuşşenkonun fərmanı ilə 20 azərbaycanlı Ukrayna vətəndaşlığına qəbul olunub

Viktor Yuşşenkonun fərmanı ilə 20 azərbaycanlı Ukrayna vətəndaşlığına qəbul olunub
# 03 dekabr 2009 09:29 (UTC +04:00)
Bakı – APA. Ukrayna prezidenti Viktor Yuşşenko 232 nəfərin ölkə vətəndaşlığına qəbul olunması barədə fərman imzalayıb. APA-nın “UNİAN”a istinadən verdiyi məlumata görə, 14-ü yetkinlik yaşına çatmayanlar olan bu şəxslər 33 milləti əhatə edir. Ukrayna vətəndaşlığına keçənlərin 32%-i rusiyalılar, 15%-i ermənilər, 9%-i azərbaycanlılar (20 nəfər), 7% gürcülər, 6%-i moldavanlardır. Bununla da 2009-cu ildə prezident fərmanı ilə Ukrayna vətəndaşlığına qəbul olunan əcnəbilərin sayı 3123 nəfərə çatıb. Ümumilikdə prezident fərmanı, daxili işlər orqanları, diplomatik nümayəndəliklər və konsulluqlar vasitəsilə 2009-cu ildə vətəndaşlığa 36 minə yaxın şəxs qəbul edilib. Vətəndaşlıqdan çıxanların sayı isə 6 mindən çoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR