Bank Of Baku

Yeni qanunda Azərbaycanda alimlərə əmək haqlarının 80 faizi miqdarında pensiya təyin edilməsi təklif olunur

Yeni qanunda Azərbaycanda alimlərə əmək haqlarının 80 faizi miqdarında pensiya təyin edilməsi təklif olunur
# 03 dekabr 2009 09:39 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. Yaxın günlərdə “Elm haqqında” qanun layihəsinin Milli Məclisdə (MM) müzakirəyə çıxarılacağı gözlənilir. APA-nın xəbərinə görə, bu barədə Azərbaycan Mili Elmlər Akademiyasının (AMEA) prezidenti Mahmud Kərimov bildirib.

AMEA prezidenti deyib ki, qanun layihəsində alimlərin sosial təminatı və pensiya məsələləri də əksini tapıb: “Biz fikirləşirik ki, yaşlı alimlərin pensiyaya göndərilməsi vacibdir. Ancaq onların pensiya təminatı da həll olunmalıdır. Təkliflərimizdə qeyd etmişik ki, yaşlı alimlərə əmək haqlarının 80 faizi miqdarında pensiya təyin olunur”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR