Bank Of Baku

“Azərbaycanda və beynəlxalq aləmdə baş verən dini proseslər, islamofobiya” mövzusunda dəyirmi masa keçirilib

“Azərbaycanda və beynəlxalq aləmdə baş verən dini proseslər, islamofobiya” mövzusunda dəyirmi masa keçirilib
# 03 dekabr 2009 11:01 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. İslam Partiyasının təşkilatçılığı ilə “Azərbaycanda və beynəlxalq aləmdə baş verən dini proseslər, islamofobiya” mövzusunda dəyirmi masa keçirilib. APA-nın məlumatına görə, partiyanın mətbuat xidmətinin rəhbəri Akif Heydərli çıxış edərək bildirib ki, dünyanı qorxu altında saxlamaq, insanları öz inanclarından döndərmək üçün davamlı olaraq müxtəlif güclər tərəfindən tədbirlər həyata keçirilir. O, İsveçrədə məscidlərin minarələrinə qadağa qoyulması, İraq, Əfqanıstan və Yəməndəki qırğınlar, həmçinin Azərbaycanda məscidlərin sökülməsinin buna xidmət etdiyini bildirib.

İslam Partiyasının sədri Mövsüm Səmədov isə yaranmış vəziyyətdən çıxış yolunun tapılmasının vacibliyini vurğulayıb: “Təkcə İsveçrədə deyil, Avropanın digər ölkələrində də zaman-zaman belə addımlar atılıb. Azərbaycanda məscidlərin sökülməsinə etiraz edirik. Həmçinin xalqa müraciət edirik ki, bu məsələyə qanuni yolla yanaşsınlar”.

Dini Etiqad və Vicdan Azadlıqlarını Müdafiə Mərkəzinin rəhbəri İlqar İbrahimoğlu 2009-cu il üçün Bakının islam mədəniyyətinin paytaxtı elan edildiyini, lakin buna zidd addımlar atıldığını söyləyib. İ. İbrahimoğlu bildirib ki, “Fatmeyi Zəhra” məscidi sökülərsə, bunun məsuliyyətini Qafqaz Müsəlmanları İdarəsi daşıyacaq.

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı və digərləri də mövzuya dair fikirlərini ifadə ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR