Bank Of Baku

Azərbaycan ərazisində yağmursuz hava proqnozlaşdırılır

Azərbaycan ərazisində yağmursuz hava proqnozlaşdırılır
# 03 dekabr 2009 11:21 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, gecə 5-7, gündüz 10-12 dərəcə isti olacaq. Dekabrın 5-də havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, cənub-qərb küləyinin əsəcəyi gözlənilir. Gecə 7-9, gündüz 10-13 dərəcə isti olacaq. Dekabrın 6-da hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq, şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 6-8 dərəcə, gündüz 8-10 dərəcə isti olacaq.

Azərbaycanın bölgələrində, xüsusən bəzi şərq rayonlarında dekabrın 3-dən 4-nə keçən gecə havanın yağıntılı olacağı, səhər kəsiləcəyi, gün ərzində, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi əsəcək. Gecə 2-7, gündüz 10-14 dərəcə isti, dağlarda gecə 1-5 dərəcə şaxta, gündüz 4-9 dərəcə isti olacaq.

Dekabrın 5-6-da hava, əsasən yağmursuz keçəcək, səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3-7 dərəcə, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 3-7 dərəcə isti olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR