Bank Of Baku

Misir Mərdanov: “Yeniyetmələrin VI Beynəlxalq Elm Olimpiadasının qaliblərinin ali məktəblərə imtahansız qəbul olunacağı ilə bağlı konkret qərar yoxdur”

Misir Mərdanov: “Yeniyetmələrin VI Beynəlxalq Elm Olimpiadasının qaliblərinin ali məktəblərə imtahansız qəbul olunacağı ilə bağlı konkret qərar yoxdur”
# 03 dekabr 2009 12:15 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. “Yeniyetmələrin VI Beynəlxalq Elm Olimpiadasının qaliblərinin ali məktəblərə imtahansız qəbul olunacağı ilə bağlı konkret qərar yoxdur”. APA-nın məlumatına görə, bu barədə təhsil naziri Misir Mərdanov jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, Yeniyetmələrin VI Beynəlxalq Elm Olimpiadası qaliblərinin ali məktəblərə imtahansız qəbul olunması üçün Nazirlər Kabinetinin müvafiq qərarı olmalıdır: “Təhsil haqqında” qanunda olimpiada qaliblərinin ali məktəblərə imtahansız qəbulu nəzərdə tutulsa da, Nazirlər Kabineti hələlik müvafiq qaydaları hazırlamayıb. Bu səbəbdən də Yeniyetmələrin VI Beynəlxalq Elm Olimpiadası qaliblərinin ali məktəblərə imtahansız qəbul olunanların siyahısına daxil edilib-edilməyəcəyi hələ bəlli deyil”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR