Bank Of Baku

Bakının məktəbəqədər təhsil müəssisələrinin 30 faizində qışa hazırlıqla bağlı problem var

Bakının məktəbəqədər təhsil müəssisələrinin 30  faizində qışa hazırlıqla bağlı problem var
# 03 dekabr 2009 12:36 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. “Bakının məktəbəqədər təhsil müəssisələrinin 30 faizində qışa hazırlıqla bağlı problem var”. Bu barədə APA-ya Bakı şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əiqızı bildirib. Onun sözlərinə görə, paytaxtın 308 məktəbəqədər təhsil müəssisəsinin 70 faizi normal istilik sistemi ilə təmin olunub. Sektor müdiri deyib ki, noyabrın 15-dən Bakının orta məktəblərində istilik sisteminin tətbiqinə başlanılsa da, hələ də bəzi məktəblərdən şikayətlər daxil olmaqdadır: “Bakının 324 orta məktəbinin hamısında istilik sistemi yeniləşdirilib. Məktəblərin təxminən 50 faizi müstəqil qazanxanalar, qalanı isə mərkəzləşmiş istilik sistemi ilə qızdırılır. Müstəqil qazanxanaları olan orta məktəblərin qızdırılması ilə bağlı heç bir problem yoxdur. Mərkəzləşmiş istilik sistemi ilə qızdırılan məktəblərlə bağlı isə idarənin “qaynar xətt”inə şikayətlər daxil olur”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR