Bank Of Baku

ÜST “donuz qripi”nin daha kəskin 2-ci və 3-cü dalğası ilə bağlı xəbərdarlıq yayıb: Dünya əhalisinin 1/3-i bu xəstəliyə yoluxacaq

ÜST “donuz qripi”nin daha kəskin 2-ci və 3-cü dalğası ilə bağlı xəbərdarlıq yayıb: Dünya əhalisinin 1/3-i bu xəstəliyə yoluxacaq
# 03 dekabr 2009 15:17 (UTC +04:00)
APA-nın www.eurolab.ua tibb portalına istinadən verdiyi xəbərə görə, virusun yeni dalğası daha geniş miqyaslı və təhlükəli olacaq. Epidemiyanın sonuna yaxın Yer kürəsinin əhalisinin 1/3-i bu xəstəliyə yoluxacaq: “Mütəxəssislər 2-ci dalğanın başlamasını təsdiqləməsələr də, Hindistanda xəstəlik hallarının artması belə nəticəyə gəlməyə əsas verir. Noyabrın 30-da bu ölkədə 78 yeni yoluxma halı qeydə alınıb. Havanın temperaturunun düşməsi virusun yayılmasına münbit şərait yaradır. Çünki qışda damarlar daraldığından qan dövranı zəifləyir və bir çox viruslar məhz ilin bu dövründə təhlükəli olur”.

Məlumatda bildirilir ki, qışın gəlişi ilə Şimal yarımkürəsində və Avropada A/H1N1 virusuna tutulanların sayında artım tendensiyası müşahidə olunur: “Amerikada xəstəliyə tutulanların sayı azalıb. Amma ÜST-ün son məlumatına görə, yalnız son həftədə Avropa və Amerikada “donuz qripi”ndən 850 nəfər ölüb. Virusun mutasiyası Fransa, Norveç, Çin və Ukraynada qeydə alınıb. ÜST mütəxəssislərini Çindəki vəziyyət daha çox narahat edir. Çünki bu ölkədə həm də “quş qripi” epidemiyası mövcuddur”.

Respublika Taun Əleyhinə Stansiyanın direktor müavini Şair Qurbanov APA-ya bildirib ki, pandemiyanın sürətlənəcəyi əvvəldən də məlum olub: “Bu xəstəliyinin qış dövründə azalması ağlabatan deyil. Pandemiyanın azalması yalnız yaz aylarında mümkün ola bilər. Hazırda virus demək olar ki, bütün ölkələrə yayılıb. Əsas təhlükə virusun mutasiya etdiyi halda ola bilər”. Ş. Qurbanovun sözlərinə görə, təhlükə bütün dövlətlər üçün mövcuddur. Azərbaycan azsaylı dövlətlərdəndir ki, burada “donuz qripi” ilə bağlı vəziyyət nəzarətdədir: “Apardığımız tədbirlər öz bəhrəsini verir. Virusa yoluxmuş xəstələri müalicə etməklə bərabər, həm də onun yayılmasının qarşını ala bilmişik. Belə işləsək, Azərbaycan üçün ciddi təhlükə gözlənilmir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR