Bank Of Baku

Səbail rayonunda əlillərlə bağlı tədbir keçirilib

Səbail rayonunda əlillərlə bağlı tədbir keçirilib
# 04 dekabr 2009 01:37 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. “Uşaq ili” çərçivəsində və 3 Dekabr – Beynəlxalq Əlillər günü ilə əlaqədar Səbail rayon İcra Hakimiyyəti tərəfindən rayonda yaşayan əlil uşaqlar üçün tədbir keçirilib.

İcra Hakimiyyətinin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, tədbirdə çıxış edən icra başçısı Asif Əsgərov Səbail rayonunda qeydiyyatdan keçmiş 3550 nəfər müxtəlif əlillik dərəcəsinə malik vətəndaşın yaşadığını bildirib. Bunların arasında əmək, Böyük Vətən və Qarabağ müharibəsi əlilləri, Çernobıl qəzasının aradan qaldırılmasında iştirak edənlər, həmçinin gözdən əlillər, anadangəlmə xəstələr və müxtəlif səbəblərdən əlil olmuş insanlar var. İcra başçısı əlil uşaqların təhsil almasının təmin olunması üçün rayonda məktəbin fəaliyyət göstərdiyini, burada müxtəlif dərəcəli əlilliyi olan 780 nəfər uşağın 11 illik təhsil aldığını vurğulayıb.

Tədbirdə çıxış edən digər şəxslər əlil vətəndaşlara qarşı dövlət qayğısının olduğunu bildiriblər. Əlillərə İcra Hakimiyyəti tərəfindən maddi yardım göstərilib və tədbirdə iştirak edən incəsənət xadimləri çıxış ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR