Bank Of Baku

Qəbələdə məcburi köçkün ailələri üçün binalar inşa olunur

Qəbələdə məcburi köçkün ailələri üçün binalar inşa olunur
# 04 dekabr 2009 05:52 (UTC +04:00)
Qəbələ. Şahnəzər Bəşirov - APA. Qəbələ rayonunda məcburi köçkünlər üçün yeni yaşayış binaları tikilir.

Rayon icra hakimiyyətindən APA-nın yerli bürosuna verilən məlumata görə, hazırda Qəbələ şəhərində 154 məcburi köçkün ailəsi üçün 2 beşmərtəbəli yaşayış binası inşa olunur. Artıq binaların hər ikisində son tamamlama işləri görülür. Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin xətti ilə inşa edilən bu binalarda 600-ə yaxın məcburi köçkün məskunlaşacaq. Gələcəkdə Qəbələ rayonunda məcburi köçkünlər üçün daha 3 binanın tikilməsi gözlənilir.

İcra hakimiyyətindən o da bildirilib ki, hazırda Qəbələdə 1976 məcburi köçkün yaşayır. Onlar 8 işğal olunmuş rayonun sakinləridir. Həmin 580 məcburi köçkün ailələri rayonun əsasən orta məktəblərində, peşə liseyində, yataqxanalarda, idarə və müəssisələrin yardımçı tikililərində, köhnə kolxoz binalarında yerləşiblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR