Bank Of Baku

“Erməni əsirliyindən dönənlər” kitabı işıq üzü görüb

“Erməni əsirliyindən dönənlər” kitabı işıq üzü görüb
# 03 dekabr 2009 23:28 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Yazıçı-publisist, “Azərbaycan Ordusu” qəzetinin əməkdaşı, mayor Vahid Məhərrəmovun “Erməni əsirliyindən dönənlər” kitabı işıq üzü görüb.

APA-nın məlumatına görə, kitabda Qarabağ müharibəsi zamanı qanlı döyüşlərdə erməni işğalçıları tərəfindən əsir və girov götürülən, işgəncələrə məruz qalan azərbaycanlılar haqqında, o cümlədən bu insanların öz dilindən qeyd olunan yazılar yer alıb. Hərbi jurnalist kitabda erməni girovluğundan qayıdan azərbaycanlıların ağrı-acılarını, qarşılaşdıqları işgəncə faktlarının oxuculara çatdırmağa çalışıb. Konkret faktlar əsasında yazılan kitab erməni vəhşiliyini cəmiyyətə çatdırılması məqsədi daşıyıb.

Qeyd edək ki, V.Məhərrəmov hərbi-vətənpərvərlik mövzusunda yazılan “Müharibənin bir ili”, “Səngərdə yazılmış sətirlər”, “Qələbə naminə”, “Ölməzlik zirvəsi” və “Pulemyotçu Nurəddin” kitablarının da müəllifidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR