Bank Of Baku

Bakı Oksford Məktəbində BMT model sessiyası keçirilib

Bakı Oksford Məktəbində BMT model sessiyası keçirilib
# 04 dekabr 2009 08:43 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Bakı Oksford Məktəbində Birləşmiş Millətlər Təşkilatı (BMT) model sessiyası keçirilib. APA-nın məlumatına görə, “Gender bərabərliyinin inkişafı” mövzusunda BMT Baş Məclisinin sessiyasına bənzər sessiyada Bakı Oksford Məktəbinin, Bakı Avropa Liseyinin, Bakı Türk Anadolu Liseyinin, dünya və Bakı beynəlxalq məktəblərinin komandaları iştirak ediblər. Tədbir vəzifələri bildirən açılış sessiyasından, qeyri-rəsmi qapalı görüşlərdən və bütövlükdə Baş Məclisin keçirilməsindən ibarət olub. BMT-nin üzv dövlətlərinin adından çıxış edən iştirakçılar müəyyən plan hazırlayaraq bu dövlətlərin diplomatı kimi çıxış ediblər.

Qeyd edək ki, hər il dünyada 200 mindən çox məktəb, kollec və universitet tələbəsi BMT model sessiyalarında iştirak edir. İl ərzində dünyada təxminən 400 bu cür sessiya keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR