Bank Of Baku

Azərbaycanda uşaq məlumat bazası yaradılır

Azərbaycanda uşaq məlumat bazası yaradılır
# 04 dekabr 2009 08:53 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova mətbuat konfransı keçirib. APA-nın xəbərinə görə, 2009-cu ilin “Uşaq ili” elan olunduğunu xatırladan H. Hüseynova bu il ərzində komitə tərəfindən keçirilən tədbirlər barədə məlumat verib. O, “Uşaq ili” çərçivəsində hazırlanan tədbirlər planının həyata keçirilməsində bütün dövlət qurumları, beynəlxalq təşkilatlar və QHT-lərlə əməkdaşlıq etdiklərini söyləyib. H. Hüseynova bildirib ki, rəhbərlik etdiyi komitə Azərbaycanda uşaq məlumat bazasını yaratmağı qarşısına məqsəd qoyub: “Artıq işə başlanıb və məlumatlar toplanır. Çalışacağıq ki, bu işi qısa müddətdə yekunlaşdıraq və uşaqlarla bağlı problemləri qabardaq”.

H. Hüseynova il ərzində uşaqlar və qadınlarla bağlı hesabat hazırladıqlarını və beynəlxalq təşkilatlara təqdim etdiklərini, ailə problemlərinə dair bir neçə təklif irəli sürdüklərini, bir sıra nəşrlər çap olunduğunu, kliplər hazırlandığını vurğulayıb. O, bir neçə rayonda ailə dəstək mərkəzləri yaradıldığını da əlavə edib.

Komitə sədri dekabrın 17-də Azərbaycanda ilk dəfə olaraq Uşaq Forumu keçiriləcəyini açıqlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR