Bank Of Baku

Azərbaycanda qadınların cinayət törətməsi halı artıb

Azərbaycanda  qadınların cinayət törətməsi halı artıb
# 04 dekabr 2009 08:59 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Azərbaycanda son vaxtlar qadınların cinayət törətməsi halları artıb. APA-nın məlumatına görə, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bu gün keçirdiyi mətbuat konfransında bildirib. Komitə sədri deyib ki, ailələrdə baş verən anlaşılmazlıqlar, qarşıdurmalar və zorakılıqlar sonradan ağır cinayətlərə səbəb olur. H. Hüseynova rəhbərlik etdiyi komitənin həbsxanalarda olan qadınlarla bağlı proqramlar həyata keçirdiyini deyib: “Biz çalışırıq ki, problemi olan ailələrlə işləyək, həmçinin cinayət baş verən ailələrin üzvləri ilə təmasda olaq. Sonra o qadın və uşaq həbsxanadan ailəyə qayıdanda nə edəcək, bunun həllini tapaq. Bunun üçün də çalışırıq ki, həbsxanada olan qadınlar üçün kompüter kursları hazırlansın, kitabxana açılsın. O insanlara cəmiyyətdə özlərinə yer tapmaları üçün şansı vermək lazımdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR