Bank Of Baku

Dövlət Komitəsi Azərbaycanda “Qəhrəman Ana” adının bərpa olunması təşəbbüsü ilə çıxış edib

Dövlət Komitəsi Azərbaycanda “Qəhrəman Ana” adının bərpa olunması təşəbbüsü ilə çıxış edib
# 04 dekabr 2009 09:09 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi “Qəhrəman Ana” adının bərpa olunması təşəbbüsü ilə çıxış edib. APA-nın məlumatına görə, bu barədə komitənin sədri Hicran Hüseynova bu gün keçirdiyi mətbuat konfransında bildirib. Azərbaycanda vəziyyətin o qədər kritik olmadığını qeyd edən H. Hüseynova bununla belə, bəzi hallarda ailələrin bir-iki uşaq istədiyini diqqətə çatdırıb: “Düşünürük ki, “Qəhrəman Ana” adının bərpa olunması uşaqların sayının artırılmasında stimul rolunu oynaya bilər”.

Komitə sədri “Qəhrəman Ana” adının dünyaya 7 uşaq gətirən qadınlara verilməsinin nəzərdə tutulduğunu söyləyib.

H. Hüseynova deyib ki, bununla bağlı komitə tərəfindən təkliflər hazırlanır. Təkliflər gələn il ərzində aidiyyəti qurumlarına təqdim olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR