Bank Of Baku

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “qaynar xətt”inə daxil olan şikayətlər əsasında araşdırmalar aparılıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “qaynar xətt”inə daxil olan şikayətlər əsasında araşdırmalar aparılıb
# 04 dekabr 2009 09:15 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) “qaynar xətt”inə daxil olan şikayətlər əsasında nazirliyin Dövlət Ekspertiza İdarəsinin əməkdaşları araşdırma aparıblar. ETSN-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Nəsimi rayonu Neftçilər prospektində (Dəniz Limanı ilə üzbəüz) yaşayan N. Nəbiyeva və Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Fətəliyev küçəsində yaşayan S. Səfərova tərəfindən yaşadıqları evin yaxınlığındakı ağacların qəzalı vəziyyətdə olması barədə Fövqəladə Hallar Nazirliyinin 112 xidmətinə verilən və icrası üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinə “qaynar xətt” vasitəsi ilə daxil olan şikayətlərə əsasən Dövlət Ekspertiza İdarəsinin əməkdaşları sözügedən ərazilərə baxış keçirib. Baxış zamanı N. Nəbiyevanın evinin yaxınlığındakı təhlükə yaradan ağacın artıq aşması və aidiyyəti təşkilatlar tərəfindən doğranaraq daşınması müəyyən olunub. S. Səfərovanın evinin yaxınlığındakı bir ədəd titrək qovaq cinsli ağacın isə kökündən aşaraq yaxınlığındakı ağacların üzərinə düşdüyü müəyyən edilib. Dövlət Ekspertiza İdarəsi ağacın aidiyyəti qurumlar tərəfindən kəsilərək ərazidən daşınmasına razılıq verib.
Yasamal rayonu, Teymur Əliyarbəyov küçəsində yaşayan E. Hüseynov tərəfindən Dövlət Statistika Komitəsinin yaxınlığında ağacların kəsilib zibil qutularına atılmasına dair məlumat isə Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamenti (ETSD) tərəfindən araşdırılıb. Araşdırma zamanı Yasamal rayonu, N. Nərimanov küçəsində binanın qarşısında naməlum şəxslər tərəfindən 6 ədəd ayland və 1 ədəd tut ağacının kəsildiyi müəyyən olunub. Ağacları kəsən şəxslərin kimliyini müəyyən etmək məqsədi ilə Bakı şəhər ETSD tərəfindən Yasamal rayon Polis İdarəsinə məktub göndərilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR