Bank Of Baku

Azərbaycan Dillər Universitetində Doktorantların və gənc tədqiqatçıların XIV respublika elmi konfransı başlayıb

Azərbaycan Dillər Universitetində Doktorantların və gənc tədqiqatçıların XIV respublika elmi konfransı başlayıb
# 04 dekabr 2009 09:49 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Bu gün Azərbaycan Dillər Universitetində doktorantların və Gənc tədqiqatçıların XIV Respublika elmi konfransı öz işinə başlayıb. APA-nın xəbərinə görə, Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən konfransda çıxış edən nazir Misir Mərdanov bu ilin mart ayında İqtisad Universitetində keçirilən XIII konfransın nəticələri haqqında məlumat verib. Nazir deyib ki, bu gün keçirilən konfrans zamanı da 300-dək məruzənin dinlənilməsi planlaşdırılır. M. Mərdanov elmə qarşı həvəsin daha da artırılması üçün “İlin ən yaxşı müəllimi”, “İlin ən yaxşı məktəbi” kimi, eyni zamanda “İlin ən yaxşı alimi”ni də seçməyi təklif edib: “Bu gün elmin inkişafı üçün silsilə tədbirlər həyata keçirilməlidir. Bizim dəyərli elmlər doktorları öz əvəzedicilərini hazırlamalıdırlar”.

Nazir həmçinin, alimlərin repititorluqla məşğul olmasından təəssüfləndiyini də deyib.

Tədbirdə, həmçinin ötən konfransda fərqlənən iştirakçılara sertifikatlar və “nooutbuk”lar təqdim edilib.

Konfrans iki gün davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR