Bank Of Baku

Gəncədə Beynəlxalq Əlillər günü münasibəti ilə tədbir keçirilib

Gəncədə Beynəlxalq Əlillər günü münasibəti ilə tədbir keçirilib
# 04 dekabr 2009 09:54 (UTC +04:00)
Gəncə. Ayxan Hüseynov-APA. Gəncə şəhərində Beynəlxalaq Əlillər günü münasibəti ilə tədbir keçirilib. APA-nın qərb bürosunun məlumatına görə, Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhərində yerləşən 8 saylı Zona Şöbəsinin təşkilatçılığı ilə keçirilmiş tədbirdə Gəncə şəhərindən 300, Kəlbəcər rayonu üzrə 70, Daşkəsən və Göygül rayonları üzrə 120 əlil iştirak edib. Tədbirdə əlillərə maddi yardım verilib.

Qeyd edək ki, Gəncə şəhərində yerləşən və Gəncə, Daşkəsən, Göygöl və Kəlbəcər rayonlarını əhatə edən 8 saylı Zona Şöbəsində ümumilkdə 28846 nəfər əlil qeydiyyatdadır. Son beş il ərzində Gəncə şəhərində 162 nəfər əlil evlə, 60 nəfər əlil isə “Oka” markalı maşınla təmin edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR