Bank Of Baku

Bakıda əmək yarmarkası keçirilir - FOTOSESSİYA

Bakıda əmək yarmarkası keçirilir - <font color=red>FOTOSESSİYA</font>
# 04 dekabr 2009 10:30 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Bu gün Bakıda Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq Xidməti tərəfindən əmək yarmarkası keçirilib.

«APA-Economics»in məlumatına görə, yarmarkada Bakı şəhərində fəaliyyət göstərən 841 idarə və müəssisə tərəfindən 6564-ə yaxın boş (vakant) iş yerləri təqdim edilib ki, bunlardan 5314-ü özəl sektor tərəfindən verilib.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədovun sözlərinə görə, ilin əvvəlindən indiyədək ölkə üzrə 55 əmək yarmarkası keçirilib ki, bu yarmarkalar vasitəsilə 17,6 mindən çox boş iş yerləri təqdim olunub. Nəticədə 6 minə yaxın vətəndaş münasib işlə təmin olunub: «Bu yarmarkada isə 850 müəssisə və idarə öz boş iş yerlərini elan edib. Yarmarkaya vətəndaşlar tərəfindən çox böyük maraq var. Çünki yarmarkada özəl sektoru 5300 müəssisə təmsil edir. Bu yarmarkanın nəticələri yaxın bir həftə ərzində məlum olacaq».

N.Məmmədovun sözlərinə görə, müəssisə və idarələr tərəfindən təqdim olunan boş işləri onu göstərir ki, işaxtaranlarla işəgötürənlər arasında rabitə əlaqəsi birbaşa yarmarkalar vasitəsilə həyata keçirilir: «Hesab edirəm ki, belə yarmarkaların keçirilməsi çox vacibdir».

N.Məmmədov bildirib ki, cari il ərzində məşğulluq xidməti orqanlarına 38 mindən artıq vətəndaş müraciət edib. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 3500 nəfər çoxdur. Məşğulluq xidməti orqanları müraciət edənlərin 23 min nəfərini münasib işlə təmin edib.

Qeyd edək ki, iki gün (4-5 dekabr) davam edəcək yarmarkada təqdim olunan iş yerləri üçün əmək haqqı minimum 200 manat, maksimum isə 1500 manat təşkil edir.

Cari ildə Naxçıvan da daxil olmaqla respublika üzrə 55 əmək yarmarkası keçirilib. Bu yarmarkalarda 2181 müəssisə 17626 boş iş yerləri təqdim edib. Nəticədə 5801 işaxtaran vətəndaş münasib işlə təmin olunub, 545 vətəndaş peşə hazırlığı kurslarına, həmçinin 419 nəfər haqqı ödənilən ictimai işlərə cəlb olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR