Bank Of Baku

Misir Mərdanov: “Yaxın vaxtlarda Azərbaycanda elmin inkişafı üçün qrantlar ayrılacaq”

Misir Mərdanov: “Yaxın vaxtlarda Azərbaycanda elmin inkişafı üçün qrantlar ayrılacaq”
# 04 dekabr 2009 10:40 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. “Yaxın vaxtlarda Azərbaycanda elmin inkişafı üçün qrantlar ayrılacaq. Bu da elmin inkişafına stimul verəcək”. APA-nın xəbərinə görə, bunu təhsil naziri Misir Mərdanov jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, Azərbaycan prezidentinin Elmin İnkişaf Fondunun yaradılması ilə bağlı sərəncamından sonra elmin inkişaf etdirilməsi ilə bağlı şərait daha da yaxşılaşacaq. Nazir deyib ki, ildə bir dəfə elmi konfransların keçirilməsi nəzərdə tutulub ki, bu da gənc alim və tədqiqatçılara dəstək məqsədi daşıyır.

M. Mərdanov bu günlərdə Gürcüstana səfər etdiyini, bu ölkədəki Azərbaycan dilli məktəblərin fəaliyyəti ilə yaxından tanış olduğunu deyib. Onun sözlərinə görə, Gürcüstandakı Azərbaycan dilli məktəblərə qarşı ayrı-seçkiliyin tətbiq edilməsi ilə bağlı fikirlər həqiqəti əks etdirmir: “Həm gürcü, həm də Azərbaycan məktəblərinin maddi texniki bazası eyni səviyyədədir. Eyni problemlər bizdə də var”

Təhsil naziri gürcü həmkarı ilə apardığı müzakirələrdə bu ölkədəki Azərbaycan dilli məktəblərə direktorların təyin olunması ilə bağlı məsələni də müzakirə etdiklərini deyib: “Gürcüstanın təhsil naziri mənə söz verdi ki, bundan sonra Azərbaycan dilli məktəblərə ancaq Azərbaycan dilini bilən direktorlar təyin ediləcək. Biz Gürcüstanın təhsil nazirini Azərbaycana dəvət etdik. Yəqin ki, gələn ilin əvvəllərində bu səfər reallaşacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR