Bank Of Baku

Nardarana elektrik enerjisinin verilməsi dayandırılıb

Nardarana elektrik enerjisinin verilməsi dayandırılıb
# 04 dekabr 2009 11:25 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Bakının Sabunçu rayonunun Nardaran qəsəbəsinə elektrik enerjisinin verilməsi iki gündür dayandırılıb. Bu barədə APA-ya qəsəbə sakini Məşədi Natiq Kərimov məlumat verib. Onun sözlərinə görə, dəfələrlə “Bakıelektrikşəbəkə” ASC-yə müraciət edilsə də, enerjinin nəqli bərpa olunmayıb. N. Kərimov bu gün kənd meydanında mitinq keçiriləcəyini deyib.

“Bakıelektrikşəbəkə” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tanrıverdi Mustafayev isə bildirib ki, Nardarana elektrik enerjisinin nəqli borca görə dayandırılıb: “Ötən həftə borcun ödənilməsi üçün istifadəçilərə xəbərdarlıq edilmişdi. Borcu ödəmədikləri üçün enerjinin verilməsi dayandırılıb”.

T. Mustafayev yalnız borclar ödənildikdən sonra elektrik enerjisinin nəqlinin bərpa olunacağını vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR