Bank Of Baku

Mətanət Əzizova: “Hazırda məişət zorakılığına məruz qalan qadınların faktiki müdafiə mexanizmləri mövcud deyil”

Mətanət Əzizova: “Hazırda məişət zorakılığına məruz qalan qadınların faktiki müdafiə mexanizmləri mövcud deyil”
# 04 dekabr 2009 11:26 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. “Məişət zorakılığı probleminin həlli üçün müvafiq qanunverici bazanın yaradılması zəruridir”. APA-nın məlumatına görə, bu fikirləri məişət zorakılığı və bu problemin həlli yollarına həsr olunmuş mətbuat konfransında Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova deyib. Onun sözlərinə görə, hüquqi bazanın mövcudluğu ailədə zorakılıq probleminin həllinə müsbət təsir göstərəcək, çünki hazırda bu kimi zorakılıqla üzləşən qadınların faktiki müdafiə mexanizmləri mövcud deyil: “Qadınlara qarşı fiziki zorakılıq halları ilə balı heç də həmişə cinayət işi başlanmır, cinayət işi yalnız qadın ciddi xəsarət aldığı zaman başlanır. Məişət zorakılığına əsasən işləməyən, gənc yaşlarında ərə gedən və maddi durumu aşağı vəziyyətdə olan qadınlar məruz qalır. Buna görə də məişət zorakılığının qarşısının alınmasında qadına təhsil almaq imkanının yaradılması, həmçinin məişət zorakılığı qurbanlarının reabilitasiya mərkəzlərinin yaradılması mühüm faktorlardan sayılır”.
Psixoloq Azad İsazadə Azərbaycanda qadınların 80-90 faizinin hansısa formada zorakılığa məruz qaldığını bildirib. Statistikaya görə, 2008-ci ildə Qadın Krizis Mərkəzinə məişət zorakılığına məruz qalmış 1500-dən artıq qadın müraciət edib. 2009-cu ilin 11 ayı ərzində isə bu rəqəm 1872 nəfər təşkil edib. Bu il ailədə uşaqlara qarşı zorakılıq hallarında da artım qeydə alınıb. 2008-ci ildə bununla bağlı Qadın Krizis Mərkəzinə 1 müraciət daxil olubsa, 2009-cu ildə 12 belə fakt qeydə alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR