Bank Of Baku

Azərbaycanda Ümumdünya Gömrük Təşkilatının Avropa Regionu üzrə Regional Tədris Mərkəzlərinin birinci iclası keçirilib

Azərbaycanda Ümumdünya Gömrük Təşkilatının Avropa Regionu üzrə Regional Tədris Mərkəzlərinin birinci iclası keçirilib
# 04 dekabr 2009 13:05 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Dekabrın 3-4 tarixlərində Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Bakıdakı Regional Tədris Mərkəzində bu təşkilatın Avropa Regionu üzrə Regional Tədris Mərkəzlərinin birinci iclası keçirilib. Bu barədə «APA-Economics»ə Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən məlumat verilib.

Tədbirə Azərbaycan, Macarıstan, Makedoniya, Qazaxıstan, Rusiya gömrük xidmətlərinin, eləcə də ÜGT-nin məsul nümayəndələri qatılıb. Tədbirdə çıxış edən DGK sədrinin müavini Rza Həsənəliyev iclasın qarşılıqlı maraq kəsb edən bir sıra mövzuların, o cümlədən regional səviyyədə tədris məsələlərinin müzakirə edilməsinə geniş imkan yaradacağını bildirib. O qeyd edib ki, Bakı görüşü Avropa üzrə Regional Tədris Mərkəzləri arasında sıx əməkdaşlıq münasibətlərinin yaradılması və bu əməkdaşlığın əlaqələndirilməsi işinə öz töhfəsini verəcək.

R.Həsənəliyev onu da vurğulayıb ki, bu ilin noyabrında ÜGT və DGK arasında imzalanmış Bakı şəhərində Potensialın Gücləndirilməsi üzrə Ümumdünya Gömrük Təşkilatının Avropa Regional Ofisinin yaradılması ilə əlaqədar Anlaşma Memorandumuna əsasən, tezliklə Azərbaycanda ÜGT-nin daha bir regional idarəsi fəaliyyətə başlayacaq.

ÜGT-nin Potensialın Gücləndirilməsi İdarəsinin tədrisin inkişafı üzrə texniki əməkdaşı Benedikt Meyll gömrük sahəsində tədrisin inkişaf etdirilməsi işində Regional Tədris Mərkəzlərinin əməkdaşlığının əhəmiyyətindən danışıb, bu prosesə təmsil etdiyi qurumun lazımi dəstək verəcəyini bildirib.

Bu gün isə iclasda Təlim üzrə Regional Koordinasiya Metodlarının qəbulu, Regional Potensialın Gücləndirilməsi, ekspertlərin effektli şəkildə dəyərləndirilməsi və onların himayə olunması məsələləri nəzərdən keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR