Bank Of Baku

Respublika Perinatal Mərkəzinə rəhbər təyin olunub

Respublika Perinatal Mərkəzinə rəhbər təyin olunub
# 04 dekabr 2009 16:09 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. Respublika Doğum Evinin bazasında yaradılmış Respublika Perinatal Mərkəzinin açılışı yaxın günlərdə olacaq. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, mərkəzə Ə. Qarayev adına uşaq kliniki xəstəxanasının reanimasiya şöbəsinin müdiri vəzifəsində çalışmış Əzim Süleyman oğlu Nağdəliyev rəhbərlik edəcək. Mərkəzdə xəstələrin doğumdan əvvəlki geniş spektr müayinəsi və müalicəsi aparılacaq, hamiləliyin normal keçməsi təmin olunacaq, perinatal dövrün patologiyası olan qadınlara və yeni doğulmuşlara stasionar tibbi xidmət, xəstə yeni doğulmuşlara reanimasiya və reabilitasiya yardımı, habelə hamilə qadınlara tibbi-psixoloji yardım göstəriləcək. 120 çarpayılıq mərkəzin tərkibində doğuş şöbəsi, iki hamiləliyin patologiyası şöbəsi, neonatologiya şöbəsi, yeni doğulmuşların intensiv terapiyası şöbəsi, laboratoriya, transfuziologiya və fizioterapiya kabinetləri fəaliyyət göstərir. Hamilə, zahı qadınlara və yeni doğulmuş körpələrə 125 həkim - ginekoloq, terapevtlər, cərrah və ultrasəs müayinəsi həkimləri xidmət göstərəcək. Artıq Respublika Perinatal Mərkəzin işə qəbul komissiyası mərkəzdəki vakant iş yerlərinə qəbul ilə bağlı müsabiqə elan edib. Vakant yerlər və müsabiqənin şərtləri barədə bütün məlumatlar Səhiyyə Nazirliyinin internet saytında və «Tibb qəzeti»ndə yerləşdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR