Bank Of Baku

TQDK-da Naxçıvan regional bölməsində elmi metodiki seminar keçirilib

TQDK-da Naxçıvan regional bölməsində elmi metodiki seminar keçirilib
# 05 dekabr 2009 09:05 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) Naxçıvan regional bölməsində keçirilən Azərbaycan dili, ədəbiyyat, riyaziyyat, tarix və fizika fənləri üzrə elmi metodiki seminarla online bağlantı yaradılıb. APA-nın məlumatına görə, online bağlantıda çıxış edən TQDK-nın Yoxlama-ölçmə materiallarının işlənməsi şöbəsinin müdiri Tariyel Bədəlov bildirib ki, indiyədək belə seminarlar Lənkəran və Gəncə regional bölmələrində keçirilib, bundan sonra isə online seminarların Quba və Şəki regional bölmələrində keçirilməsi gözlənilir. T. Bədəlovun sözlərinə görə, keçirilən seminarlarda 2009-cu ilin qəbul imtahanlarında təqdim edilmiş test tapşırıqlarının müzakirəsi aparılır. Hazırda seminarlarda 2000-ə yaxın müəllimin iştirak etdiyini deyən şöbə müdirinin sözlərinə görə, indiyədək qəbul imtahanlarında istifadə edilən test tapşırıqlarını paytaxt müəllimləri hazırlayırdı. Lakin TQDK bölgələrdə yaşayan bacarıqlı müəllimlərin də qəbul prosesində yaxından iştirak etməsinə şərait yaradıb. Keçirilən seminarlar həmin müəllimlərə öz potensiallarını göstərmək üçün əlavə şans verib.

Naxçıvan Muxtar Respublikasının təhsil naziri Piri Nağıyev bildirib ki, son illər Naxçıvanda 150-dən çox təhsil müəssisə tikilərək istifadəyə verilib. Muxtar Respublikanın orta məktəblərinə 2335 kompüterin və 130 elektron lövhənin verildiyini xatırladan P. Nağıyev deyib ki, Naxçıvan abituriyentləri 2010-cu ilin qəbul imtahanlarında daha fəal iştirak edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR