Bank Of Baku

Azərbaycanda ali məktəblərin MBA və TEMPUS proqramları üzrə magistratura və ADA-nın magistraturasına sənəd qəbulu başa çatıb

Azərbaycanda ali məktəblərin MBA və TEMPUS proqramları üzrə magistratura və ADA-nın magistraturasına sənəd qəbulu başa çatıb
# 05 dekabr 2009 09:08 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Ali məktəblərin MBA və TEMPUS beynəlxalq proqramları üzrə magistraturasına və Azərbaycan Diplomatik Akademiyasının (ADA) magistraturasına sənəd qəbulu başa çatıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat katibi Elnur Nağızadənin APA-ya verdiyi məlumata görə, magistraturaya 547 nəfər ərizə verib. Onlardan 123 nəfəri Azərbaycan Diplomatik Akademiyasına, 424 nəfəri isə MBA və TEMPUS beynəlxalq proqramları üzrə sənəd verən şəxslərdir. Azərbaycan bölməsi üzrə 446, rus bölməsi üzrə isə 101 nəfər sənəd verib.

Ali məktəblərin MBA və TEMPUS beynəlxalq proqramları üzrə magistraturasına və ADA-nın magistraturasına qəbul iki mərhələdə həyata keçiriləcək. Dekabr ayı ərzində baş tutacaq birinci mərhələdə bakalavrların məntiqi təfəkkürü, informatika (ADA-ya daxil olmaq istəyənlər üçün riyaziyyat fənni) və xarici dil bilmə səviyyəsini, ikinci mərhələdə isə qəbul olmaq istədiyi ixtisas üzrə bilik səviyyəsi yoxlanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR