Bank Of Baku

Nardaran qəsəbəsinə elektrik enerjisinin verilməsi bərpa olunub

Nardaran qəsəbəsinə elektrik enerjisinin verilməsi bərpa olunub
# 05 dekabr 2009 09:26 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA. Sabunçu rayonunun Nardaran qəsəbəsinə elektrik enerjisinin verilməsi dekabrın 5-i gecə saatlarında bərpa olunub. Bu barədə APA-ya «Bakıelektrikşəbəkə» ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib.

T. Mustafayevin sözlərinə görə, qəsəbəyə enerji verilişinin bərpası ötən gün Sabunçu rayon İcra Hakimiyyəti və «Bakıelektrikşəbəkə» rəsmiləri ilə Nardaran ağsaqqalları arasında keçirilən görüşdən sonra olub.

Səhmdar cəmiyyətinin sözçüsü onu da əlavə edib ki, analoji hal ötən il də yaranıb. Buna səbəb Nardaran sakinlərinin kənddə sayğaclaşmaya qarşı çıxması olub: «Onlar sayğaclaşmaya qarşı çıxır və bu iş üçün qəsəbəyə gələn əməkdaşlarımıza mane olurlar. Dünənki danışıqlara baxmayaraq, eyni hal bu gün səhər də təkrarlanıb».

Qeyd edək ki, Nardaran qəsəbəsinə elektrik enerjisinin verilməsi dekabrın 1-dən dayandırılıb. Buna etiraz olaraq, qəsəbə sakinləri dekabrın 4-də mərkəzi meydana toplaşaraq, təkərlər yandırıb, nəqliyyatın hərəkətinə maneələr törədiblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR