Bank Of Baku

Rusiyada yaşayan azərbaycanlı “donuz qripi”ndən ölüb

Rusiyada yaşayan azərbaycanlı “donuz qripi”ndən ölüb
# 05 dekabr 2009 10:24 (UTC +04:00)
APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, dünən dünyasını dəyişən 1963-cü il təvəllüdlü Soltan Soltanov Azərbaycanın Zaqatala rayonunun Yuxarı Tala kəndində anadan olub. Onun 25 ildir Rusiyada yaşadığı, Saratov vilayətinin Tatışev rayonunda bizneslə məşğul olduğu bildirilib.

Mərhumun Zaqatala rayonunda yaşayan yaxınları APA-nın əməkdaşına bildiriblər ki, 3 gün əvvəl onun qəflətən temperaturu qalxıb. Həkimlər S. Soltanovun “donuz qripi”ndən öldüyünü bildiriblər.

Mərhum Rusiyada yaşadığı ərazidə dəfn edilib. Onun ailə üzvlərinin həkim nəzarət altında saxlandıqları bildirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR