Bank Of Baku

Gürcüstanda münaqişələri işıqlandıran məktəb açılıb

Gürcüstanda münaqişələri işıqlandıran məktəb açılıb
# 07 dekabr 2009 08:09 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Gürcüstanda münaqişələri işıqlandıran məktəb açılıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu məktəbdə konflikt məsələləri ilə məşğul olan jurnalistlər hazırlıq keçəcəklər. Burada münaqişə zonalarında olan jurnalistlər üçün yeniliklər, müharibə şəraitində necə hərəkət etmək, ilk tibbi yardım xidməti göstərmək barədə xüsusi kurs keçiriləcək. Məlumata görə, 6 televiziya qrupu Saçxeri bölgəsində dağlıq ərazidə hazırlıq keçəcəklər. Məktəbin açılması Böyük Britaniya Xarici İşlər Nazirliyinin “Cənubi Qafqazda əlaqələr körpüsünün qurulması” layihəsi çərçivəsində Gürcüstanın Müdafiə Nazirliyinin və Müharibənin və Sülhün işıqlandırılması İnstitutunun (IWPR) təşəbbüsü ilə baş tutub. Açılış tədbirində Böyük Britaniyanın Gürcüstandakı səfiri Denis Kif, Gürcüstan Müdafiə Nazirliyinin nümayəndələri, Müharibənin və Sülhün işıqlandırılması İnstitutunun əməkdaşları iştirak ediblər.
Böyük Britaniya səfiri jurnalistlərə açıqlamasında onların münaqişə zonalarında professionallığının vacib olduğunu qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR