Bank Of Baku

Hidrometeoroloqlar Azərbaycanda gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar xəbərdarlıq edib

Hidrometeoroloqlar Azərbaycanda gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar xəbərdarlıq edib
# 07 dekabr 2009 08:47 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, havanın temperaturu gündüz 8-10 dərəcə isti, axşam 5-7 dərəcə isti olacaq. Dekabrın 8-də havanın buludlu, arabir yağıntılı olacağı gözlənilir. Şimal küləyi əsəcək. Gecə 4-6, gündüz 6-8 dərəcə isti proqnozlaşdırılır.

Dekabrın 9-da hava buludlu olacaq, gündüz arabir açılacaq. Gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Gecə 2-4, gündüz 4-6 dərəcə isti qeydə alınacaq.

Dekabrın 10-da hava buludlu olacaq, arabir açılacaq. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Axşama doğru havanın yağıntılı olacağı ehtimalı var. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 0-3 dərəcə, gündüz 5-7 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında dekabrın 8-də havanın yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Bəzi şərq rayonlarında yağıntıların intensiv olacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 1-5 dərəcə, gündüz 6-9 dərəcə isti, dağlarda gecə 2-6 dərəcə şaxta, gündüz 0-3 dərəcə isti olacaq.

Dekabrın 9-10-da havanın yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-4 dərəcə, gündüz 5-9 dərəcə isti, dağlarda gecə 3-7 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq.

Hidrometeoroloqlar dekabrın birinci ongünlüyünün sonunadək ölkə ərazisində qeyri-sabit hava şəraitinin davam edəcəyi ilə bağlı xəbərdarlıq edib. Havanın yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Temperaturlar ötən günlərə nisbətən düşəcək. Çaylarda sululuğun artacağı istisna olunmur.

Tibbi-meteoroloji proqnoza əsasən, yaxın günlərdə Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdləri meteohəssas insanlar üçün nisbətən əlverişlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR