Bank Of Baku

Bakıda “Gənclik və elm həftəsi” adlı silsilə tədbirlərə start verilib

Bakıda “Gənclik və elm həftəsi” adlı silsilə tədbirlərə start verilib
# 07 dekabr 2009 09:12 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Gənclərin İntellektual İnkişaf Mərkəzi “Gənclik və elm həftəsi” adlı silsilə tədbirlərə start verib. APA-nın xəbərinə görə, Azərbaycanın gənc elm adamlarının iştirak etdiyi toplantıda Gənclərin İntellektual İnkişaf Mərkəzinin rəhbəri İlqar Orucov çıxış edərək silsilə tədbirlərin bu həftənin sonuna kimi davam edəcəyini deyib. Onun sözlərinə görə, tədbirin ilk günü gənc alimlər üçün yaradılan internet portalının və “Gənc alimlərin əsərləri” jurnalının təqdimatı keçiriləcək. Bundan başqa, “Gənclik və elm həftəsi”ində gənc alimlərin əsərlərinin sərgisi də təşkil ediləcək. Bu sərgidə gənc alimlərin ixtiraları, araşdırma və tapıntıları ilə yaxından tanış olmaq mümkün olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR