Bank Of Baku

“Müəlliflik hüququ və rəqəmli mühit: piratçılığa qarşı mübarizə və əlaqəli problemlər” mövzusunda beynəlxalq seminar keçirilir

“Müəlliflik hüququ və rəqəmli mühit: piratçılığa qarşı mübarizə və əlaqəli problemlər” mövzusunda beynəlxalq seminar keçirilir
# 07 dekabr 2009 09:39 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Bakıda “Müəlliflik hüququ və rəqəmli mühit: piratçılığa qarşı mübarizə və əlaqəli problemlər” mövzusunda iki günlük beynəlxalq seminar başlayıb. APA-nın məlumatına görə, Müəllif Hüquqları Agentliyi (MHA) və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının birgə təşkilatçılığı ilə keçirilən seminarda çıxış edən MHA sədri Kamran İmanov bildirib ki, hazırda inkişaf etmiş ölkələrin ümumi daxili məhsulundakı artımın 80-90 faizi yeni biliklərin hesabına əldə olunur, müəlliflik hüququna əsaslanan sənayenin dünya iqtisadiyyatındakı payı isə getdikcə artır. Hazırda bu rəqəm inkişaf etmiş ölkələrdə 7-15 faiz, Azərbaycanda isə 2,4 faiz təşkil edir.

K. İmanov deyib ki, hazırda virtual məhsulların 50 faizindən çoxu əqli mülkiyyətdir, onların 4/5-ü isə müəlliflik hüququ ilə qorunur. Rəqəmli mühitdə piratçılığın səviyyəsinin yüksək olduğunu söyləyən agentlik sədrinin sözlərinə görə, təkcə musiqi sahəsində 2008-ci ildə istifadəçilər arasında qeyri-leqal mübadilə 40 milyard fayl təşkil edib ki, bu da piratçılığın 95 faiz olması mənasına gəlir. Məhz internetdə qeyri-leqal mübadiləyə görə musiqi sahibləri öz gəlirlərinin 80 faizini itirirlər. Avropa Komissiyasının məlumatlarına görə isə piratçılıq dünya iqtisadiyyatına il ərzində 300 milyard ABŞ dolları məbləğində ziyan vurur.

K. İmanov hesab edir ki, vəziyyətdən çıxış yolu müəlliflik hüququ qanunvericiliyinin təhlili, mülkiyyət hüquqlarının təminatı ilə bağlı işlərin gücləndirilməsi, provayderlərin fəaliyyətində yeni qaydaların müəyyənləşdirilməsindən ibarətdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR