Bank Of Baku

Yeniyetmələrin VI Beynəlxalq Elm Olimpiadasının iştirakçıları nəzəriyyədən imtahan veriblər

Yeniyetmələrin VI Beynəlxalq Elm Olimpiadasının iştirakçıları nəzəriyyədən imtahan veriblər
# 07 dekabr 2009 11:22 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Yeniyetmələrin VI Beynəlxalq Elm Olimpiadasının iştirakçıları nəzəriyyədən imtahan veriblər. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova APA-ya bildirib ki, imtahanda 258 şagird iştirak edib. İmtahan zamanı olimpiada iştirakçılarına neftin çıxarılması, metalın korroziyası və insan embrionunun artımı mövzuları təqdim edilib.

Sabah isə olimpiada iştirakçıları təcrübədən imtahan verəcəklər. Əvvəlki test və nəzəriyyə imtahanlarından fərqli olaraq təcrübə imtahanının nəticələri komanda hesabına yazılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR