Bank Of Baku

Magistraturaya sənəd qəbulu başa çatıb

Magistraturaya sənəd qəbulu başa çatıb
# 07 dekabr 2009 12:49 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin MBA və TEMPUS beynəlxalq proqramları üzrə magistraturasına və Azərbaycan Diplomatik Akademiyasının magistraturasına sənəd qəbulu başa çatıb. Tələbə Qəbulu üzrə Dövlət
Komissiyasının (TQDK) mətbuat xidmətindən APA-ya verilən məlumata görə,
magistratura pilləsində MBA və TEMPUS proqramları üzrə təqdim olunmuş 273 plan yerinin müsabiqəsində iştirak etmək üçün 423 bakalavr ərizəsini təsdiq etdirib. Onlardan 360 nəfəri MBA, 63 nəfəri isə TEMPUS proqramı üzrə magistraturaya sənəd verib. Təhsilini Azərbaycan Diplomatik Akademiyasının magistraturasında davam etdirmək istəyən 123 nəfər sənəd verib.

Qəbul imtahanınınn birinci mərhələsində iştirak etmək üçün ərizəsini Sənəd Qəbulu Komissiyasında təsdiq etdirmiş bakalavrlar müəyyən olunmuş tarixdə öz elektron ərizələrinə daxil olaraq birinci mərhələ üçün "İmtahana buraxılış vərəqəsi"ni çap edəcəklər. Bununla bağlı yaxın günlərdə bakalavrlara əlavə məlumat veriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR