Bank Of Baku

ANAMA-nın regional bazasında Gürcüstandan olan müdavimlər üçün təlim kurslarına başlanıb

ANAMA-nın regional bazasında Gürcüstandan olan müdavimlər üçün təlim kurslarına başlanıb
# 07 dekabr 2009 13:00 (UTC +04:00)
Göygöl. Ayxan Hüseynov-APA. Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) Göygöl Regional Bazasında Gürcüstandan olan müdavimlər üçün ikinci təlim kurslarının keçirilməsinə başlanıb. APA-nın yerli bürosunun xəbərinə görə, Sloveniyanın beynəlxalq təlim kursunun dəstəyi ilə həyata keçirilən təlimlərə Gürcüstandan 5 zabit qatılıb. 15 gün davam edəcək tədbirdə gürcüstanlı müdavimlərə “keyfiyyətə nəzarət” və “keyfiyyətin təminatı” mövzusunda təlimlər keçiriləcək.

Kursların keçirilməsinin Gürcüstanda yeni formalaşan “Mina aksiyası”na müsbət təsir göstərəcəyini deyən Göygöl Regional Bazasının təlim monitorinq qrupunun rəhbəri Elnur Qasımov bildirib ki, Gürcüstan bu təlim kurslarına qatılan üçüncü ölkədir. Bundan əvvəl Əfqanıstan və Tacikistan üçün belə təlimlər keçirilib.

Qeyd edək ki, bu ilin iyul ayında Göygöl Regional Bazasında 17 gürcüstanlı müdavimə birinci təlim kursu keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR