Bank Of Baku

Təhsil Nazirliyi 151 saylı məktəbin direktoruna sonuncu xəbərdarlıqla şiddətli töhmət verib

Təhsil Nazirliyi 151 saylı məktəbin direktoruna sonuncu xəbərdarlıqla şiddətli töhmət verib
# 07 dekabr 2009 13:55 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Noyabr ayında Təhsil Nazirliyinin “qaynar xətt”inə 27 müraciət daxil olub. Nazirliyin ali və orta ixtisas təhsili şöbəsinin böyük məsləhətçisi Ənvər İmanovun APA-ya verdiyi məlumata görə, müraciətlərin böyük əksəriyyəti sorğu xarakterli olub. Sorğular daha çox olimpiadaların keçirilməsi, imtahanlara hazırlıq, uşaq bağçaları, müəllimlərin işə qəbulu ilə bağlıdır. Şikayətlər isə daha çox məktəblərin istilik sistemi ilə təchizatı barədədir. Sorğu və şikayətlərin 18-i Bakı şəhərindən daxil olub.

Ə. İmanovun sözlərinə görə, ay ərzində “qaynar xətt”ə 151 saylı orta məktəbdə məktəbli formalarının məcburi şəkildə satılması ilə bağlı iki anonim şikayət daxil olub. Nazirlik şikayət edən valideynin kimliyini müəyyənləşdirdikdən sonra məktəbdə araşdırma aparıb və şikayətin doğru olduğunu aydınlaşdırıb. Məktəbin direktoruna sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.

Qeyd edək ki, Təhsil Nazirliyinin “qaynar xətt”inə 496 37 61, 496 34 82 saylı telefonlarla, 496 37 61 saylı faksla, “[email protected]” elektron ünvanı vasitəsilə müraciət etmək mümkündür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR