Bank Of Baku

Tovuzun Xatınlı kəndində yeni bərpa olunmuş yolun açılışı keçirilib

Tovuzun Xatınlı kəndində yeni bərpa olunmuş yolun açılışı keçirilib
# 07 dekabr 2009 14:49 (UTC +04:00)
Tovuz. Ayxan Hüseynov-APA. Bu gün Tovuz rayonunun Xatınlı kəndində yeni bərpa olunmuş kənd arası yolun açılışı keçirilib. APA-nın Qərb bürosunun məlumatına görə, Dünya Bankının maliyyə dəstəyi ilə “Kənd investisiya” layihəsi çərçivəsində bərpa edilmiş 10 kilometr uzunluğu olan yola çınqıl döşənərək işlək vəziyyətə gətirilib. Kənd arası yolun açılış mərasimində Tovuz rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalov, millət vəkilləri Qənirə Paşayeva və Nazim Məmmədov, Dünya Bankının Azərbaycandakı nümayəndəsi Sakoşi İşivara və layihənin Azərbaycan üzrə rəhbəri Sabuhi Əsgərov iştirak ediblər. Qeyd edək ki, yenidən bərpa edilmiş 10 kilometr uzunluğunda kəndarası yoldan Tovuz rayonunun Qaraxanlı, Girovdağlı, Qədirli və Xatınlı kəndlərindən 10 minə yaxın əhali istifadə edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR