Bank Of Baku

Səbail rayon İcra Hakimiyyəti əlil uşaqlar üçün tədbir keçirib

Səbail rayon İcra Hakimiyyəti əlil uşaqlar üçün tədbir keçirib
# 08 dekabr 2009 05:49 (UTC +04:00)
Bakı – APA. 3 Dekabr – Beynəlxalq Əlillər günü ilə əlaqədar Səbail rayon İcra Hakimiyyəti tərəfindən rayonda yaşayan əlil uşaqlar üçün tədbir keçirilib.

APA-nın məlumatına görə, tədbir iştirakçılarını salamlayan Səbail RİH-in başçısı Asif Əsgərov bildirib ki, Səbail rayonunda qeydiyyatdan keçmiş 3550 nəfər müxtəlif əlillik dərəcəsinə malik vətəndaş yaşayır. Bunların arasında əmək, Böyük Vətən və Qarabağ müharibəsi əlilləri, Çernobıl qəzasının aradan qaldırılmasında iştirak edənlər, həmçinin gözdən əlillər, anadangəlmə xəstələr və s. müxtəlif səbəblərdən əlil olmuş insanlar var.

A.Əsgərov deyib ki, əlil vətəndaşlara və xüsusilə də əlil uşaqlara diqqət və qayğı cəmiyyətimizin hər üzvünün borcudur. Bununla əlaqədar əlillərlə bağlı müxtəlif tədbirlərin həyata keçirilməsi dövlət tərəfindən hər zaman diqqət mərkəzində saxlanılır. Belə ki, əlil uşaqların təhsil alması üçün yaradılan təhsil müəssisələrindən biri Səbail rayonunda fəaliyyət göstərən 219 saylı Evdə məktəbdir. Hazırda bu məktəbdə müxtəlif dərəcəli əlilliyi olan 780 uşaq 11 illik təhsil alır. Onlara 250 nəfər müəllim dərs keçir. Burada təhsilin səviyyəsi digər məktəblərdəkindən fərqlənmir, bir çox əlil uşaqların savadı adi məktəblərdəkilərdən də üstün olur.

Digər çıxışçılar əlil vətəndaşlarımıza və xüsusilə də əlil uşaqlara göstərdiyi diqqət və qayğıya görə ölkə başçısına öz minnətdarlıqlarını bildiriblər. Əlillərə RİH tərəfindən maddi yardım göstərilib. Tədbirdə iştirak edən incəsənət ustaları isə öz mahnıları ilə görüşü uşaqlar üçün daha yaddaqalan və mənalı ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR