Bank Of Baku

Bakıda ailə planlaşdırılması mövzusunda Texniki Məsləhət Müşavirəsi keçiriləcək

Bakıda ailə planlaşdırılması mövzusunda Texniki Məsləhət Müşavirəsi keçiriləcək
# 08 dekabr 2009 02:05 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva - APA. Dekabrın 8-də ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən maliyyələşdirilən Azərbaycan Reproduktiv Sağlamlıq və Ailə Planlaşdırılması Layihəsi Azərbaycan Tibb Universiteti və Həkimləri Təkmilləşdirmə İnstitutu ilə birgə “Diplomaqədər və Diplomdansonrakı təhsildə Ailə Planlaşdırılmasının tədrisinin gücləndirilməsi” mövzusunda Texniki Məsləhət Müşavirəsi keçirəcək.

APA-nın məlumatına görə, müşavirə zamanı ölkənin reproduktiv sağlamlıq üzrə mütəxəssisləri yeni nəsil tibb işçilərinin hazırlanması üçün istifadə olunacaq ailə planlaşdırılması üzrə təlim proqramının təkmilləşdirilməsi ilə bağlı gələcək planları müzakirə edəcəklər.

USAİD-in ölkə üzrə koordinatoru Skot Teylorun sözlərinə görə, bu müşavirə bir daha nümayiş etdirir ki, Azərbaycan hökuməti ölkə vətəndaşlarının və gələcək nəslin layiq olduqları keyfiyyətli səhiyyə xidmətləri ilə təmin olunmasını davamlı olaraq diqqət mərkəzində saxlayır.

Müşavirədə Azərbaycan Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov, Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru Sənan Kərimov, Səhiyyə Nazirliyinin Tibbi xidmətin təşkili şöbəsinin müdiri Soltan Əliyev, Reproduktiv Sağlamlıq üzrə Milli Ofisin direktoru Faizə Əliyeva, İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru Ceyhun Məmmədov daxil olmaqla Reproduktiv Sağlamlıq və Ailə Planlaşdırılması sahəsində çalışan qurumları təmsil edən 60-dan çox nümayəndə iştirak edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR