Bank Of Baku

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin XXIII Baş Məclisi keçirilib

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin XXIII Baş Məclisi keçirilib
# 08 dekabr 2009 10:22 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) XXIII Baş Məclisi keçirilib. APA-nın məlumatına görə, Baş Məclisdə ötən ilin yekunları ilə bağlı hesabatlar dinlənilib, Baş Məclis, İdarəetmə Şurası və Rəyasət Heyətinin, müvafiq komissiyaların yeni tərkibi seçilib. Tədbirdə çıxış edən AzQAC-ın prezidenti Novruz Aslanov bildirib ki, hesabat dövrü təşkilat üçün uğurlu olub. Ötən müddət ərzində “Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında” qanun qəbul edilib. Hazırda QAC sıralarında 265 min üzv, 16 mindən yuxarı könüllü fəaliyyət göstərir. Ötən il ərzində QAC sıralarına 15 minə yaxın yeni üzv qoşulub. Təşkilatın Azərbaycanın bütün bölgələrində bölmələri və ofisləri fəaliyyət göstərir.

AzQAC-ın icraçı katibi Bəylər Talıbov isə bildirib ki, 2009-cu ildə təşkilat tərəfindən müxtəlif fəlakətlərdən zərər çəkmiş 400 nəfərdən ibarət 117 ailəyə 17405 manat məbləğində humanitar yardım göstərilib. İl ərzində 2753 nəfər tənha qoca, xroniki xəstə, aztəminatlı ailə, valideyn himayəsindən məhrum uşaqlara ərzaq və paltar yardımı edilib. Bu ilin 10 ayı ərzində qan donorluğu ilə bağlı 1919 nəfər təlimatlandırılıb, 3050 nəfər isə könüllü qan verib. B. Talıbovun sözlərinə görə, il ərzində Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası Azərbaycanda “Pandemiyaya qarşı hazırlıq” layihəsinin həyata keçirilməsi üçün AzQAC-a müraciət edib. Müraciətə əsasən AzQAC tərəfindən “Pandemiyaya qarşı humanitar hazırlıq” layihəsi hazırlanıb. Avqust ayından indiyədək cəmiyyətin 11 rayon bölməsində həyata keçirilən layihə çərçivəsində AzQAC-ın baş qərargahının bütün işçi heyəti, rayon bölmələrinin əməkdaşları və könüllüləri pandemiya ilə bağlı təlimatlar alıb. İl ərzində cəmiyyət cəbhə bölgələrində yaşayan uşaqları mina və partlamamış sursatların təhlükəsindən qorumaq məqsədilə 4 “təhlükəsiz oyun meydançası” tikib istifadəyə verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR