Bank Of Baku

Dağlıq Qarabağ münaqişəsi nəticəsində itkin düşmüş şəxslər barədə məlumatlar toplanaraq BQXK-ya təhvil verilir

Dağlıq Qarabağ münaqişəsi nəticəsində itkin düşmüş şəxslər barədə məlumatlar toplanaraq BQXK-ya təhvil verilir
# 08 dekabr 2009 11:08 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) və Azərbaycan Qızıl Aypara Cəmiyyətlər (AzQAC) arasında imzalanmış razılaşmaya əsasən, 2009-cu ilin yanvar, fevral, mart və iyun aylarında Abşeron rayonunda, Bakı və Sumqayıt şəhərlərində Dağlıq Qarabağ münaqişəsi nəticəsində itkin düşən şəxslərin ailələrindən 373 itkin düşmüş şəxs barədə məlumatlar toplanaraq BQXK-ya təhvil verilib. APA-nın məlumatına görə, bu barədə AzQAC-ın icraçı katibi Bəylər Talıbov bildirib. Onun sözlərinə görə, layihənin birinci mərhələsi bu ilin iyununda başa çatıb. 2008-ci ilin iyun ayından 2009-cu ilin iyun ayına qədər Abşeron rayonunda, Bakı və Sumqayıt şəhərlərində 1152 itkin şəxsə aid məlumatlar toplanaraq BQXK-ya təhvil verilib.

Layihənin ikinci mərhələsi isə Azərbaycanın 18 bölgəsində (Ağdam, Füzuli, Tərtər, Beyləqan, Gədəbəy, Göygöl, Bərdə, Qazax, Ağstafa, Yevlax, Şəmkir, Tovuz, Samux, Ağcabədi, Daşkəsən, Gəncə və Mingəçevir) davam etdirilir. İndiyədək ikinci mərhələdə 650-dən artıq sorğu anketi toplanaraq BQXK-ya təhvil verilib. İlin sonunadək daha 399 anketin toplanılması planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR