Bank Of Baku

BMT baş katibi Beynəlxalq İnsan Hüquqları Günü ilə bağlı müraciət ünvanlayıb

BMT baş katibi Beynəlxalq İnsan Hüquqları Günü ilə bağlı müraciət ünvanlayıb
# 08 dekabr 2009 12:46 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. BMT baş katibi Pan Gi Mun 10 dekabr - Beynəlxalq İnsan Hüquqları Günü ilə bağlı üzv ölkələrə müraciət ünvanlayıb. BMT-nin Azərbaycan nümayəndəliyindən APA-ya verilən məlumata görə, müraciətdə deyilir: “Heç bir ölkə ayrı-seçkilikdən sığortalanmayıb. Biz bunu hər yerdə və müxtəlif formalarda görürük. Bu, həm də etnik münaqişə, dözülməzlik, rəddetmə halları və ya başqalarının bərabərliyini inkar edən rəsmi tarixi versiya şəklində meydana gələ bilər. Ayrı-seçkilik müxtəlif qruplara və şəxslərə - əlil insanlara, qadınlara, yoxsullara, mühacirlərə, azlıqlara və fərqli qəbul olunan digərlərinə qarşı yönələ bilər”.

Baş katib bildirib ki, bu müdafiəsiz insanlar çox vaxt cəmiyyətin iqtisadi, sosial, mədəni və ictimai həyatından təcrid olunurlar: “Bəzi ölkələrdə biz yeni ksenofobiya siyasətinin əmələ gəlməsini müşahidə edirik. Lakin bu ayrı-seçkilik qurbanları yalqız deyil. BMT ən zəiflərinin hüquqlarını qorumağı özünə borc bilərək hər zaman onların yanındadır. Bu, bizim xüsusiyyətimiz və missiyamızdır. İnsan Hüquqları Günündə mən hər təbəqədən olan bütün insanları ayrı-seçkiliklə bağlı mübarizədə BMT və insan hüquqları müdafiəçilərinə qoşulmağa çağırıram”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR