Bank Of Baku

Azərbaycan Dillər Universitetinin rektoru İndoneziyanın Azərbaycanda və İranda akkreditasiya olunmuş səfirinin birinci katibi ilə görüşüb - FOTO

Azərbaycan Dillər Universitetinin rektoru İndoneziyanın Azərbaycanda və İranda akkreditasiya olunmuş səfirinin birinci katibi ilə görüşüb - <font color=red>FOTO</font>
# 08 dekabr 2009 12:56 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, Milli Məclisin Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Səməd Seyidov İndoneziyanın Azərbaycanda və İran İslam Respublikasında akkreditasiya olunmuş səfirinin birinci katibi Aci Setiavan ilə görüşüb. ADU-nun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Azərbaycan ilə İndoneziya arasındakı mədəni, iqtisadi və siyasi əlaqələr müzakirə olundu, əlaqələrin gələcək inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.
ADU-nun İndoneziya Universitetləri ilə əməkdaşlıq məsələlərinə toxunan S. Seyidov bu yaxınlarda İndoneziyanın nüfuzlu “The Jakarta Post” qəzetində universitetin tələbələrinin İndoneziyadakı fəaliyyəti barədə geniş məqalənin dərc olunduğunu söyləyib.

Aci Setiavan isə bildirib ki, əməkdaşlığın genişləndirilməsi və konkret nəticələrin əldə edilməsi üçün işlər davam etdirilməlidir: “ADU-da İndoneziya mərkəzinin açılması İndoneziya-Azərbaycan münasibətlərinin daha da yaxşılaşdırılması üçün mühüm töhfə olacaq”.
Görüş ADU ilə İndoneziya universitetləri arasında müəllim-tələbə mübadiləsi və digər məsələlərin müzakirəsi ilə davam etdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR