Bank Of Baku

Qax rayonuna qar yağıb

Qax rayonuna qar yağıb
# 08 dekabr 2009 15:04 (UTC +04:00)
Qax. Vüqar Heydərov-APA. Azərbaycanın Qax rayonuna qar yağıb. APA-nın yerli bürosunun məlumatına görə, respublikanın şimal-qərb bölgəsində ötən gün axşam saatlarından başlayaraq qeyri-sabit hava şəraiti hökm sürür. Ötən gündən başlayaraq yağan yağış bölgənin Qax rayonunda qarla əvəz edilib. Qax rayonun Sarıbaş və İlisu kəndlərinin sakinlərinin APA-nın yerli bürosuna verdikləri məlumata əsasən, hazırda qarın qalınlığı Sarıbaş kəndində 10 sm, İlisu kəndində isə 5-6 sm təşkil edir. Qeyd edilən kəndlərdə havanın temperaturu mənfi 3 dərəcəyə qədər düşüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR