Bank Of Baku

Bakıda «Əməyin mühafizəsi» mövzusunda seminar keçirilib

Bakıda «Əməyin mühafizəsi» mövzusunda seminar keçirilib
# 08 dekabr 2009 15:52 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakıda Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) təşkilatçılığı ilə «Əməyin mühafizəsi» mövzusunda seminar keçirilib.

ASK-dan «APA-Economics»ə verilən məlumata görə, seminar ASK və Almaniyanın «Bildungswerk Der Wirtshaft» təşkilatı arasında imzalanmış Tərəfdaşlıq layihəsinə uyğun olaraq Konfederasiyanın üzvü olan idarə, təşkilat və müəssisələrin əməyin təhlükəsizliyi məsələləri üzrə cavabdeh işçiləri, habelə həmkarlar təşkilatı nümayəndələri üçün keçirilib. Seminarda Almaniyadan bu sahə üzrə ekspert Zikfrid Helvit və layihənin koordinatoru Henri Zimmerman iştirak ediblər. Ekspertlər Almaniyada «Əməyin mühafizəsi» sahəsində toplanmış təcrübədən geniş söz açıblar.

Seminarda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Dövlət Əmək Müfəttişliyinin, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının nümayəndələri, ASK üzvü olan 15 şirkət və müəssisədən əməyin təhlükəsizlik məsələləri ilə məşğul olan 27 mütəxəssis və ASK-nın mütəxəssisləri iştirak edib.

Qeyd edək ki, almaniyalı mütəxəssislər dekabrın 9-da Dövlət Əmək Müfəttişliyində olacaq, tikinti materiallarının istehsalı və satışı ilə məşğul olan «Mətanət A» şirkətində və idxal-ixrac əməliyyatları ilə məşğul olan «Müller İnteryer» MMC-də də yerli mütəxəssislərlə əməyin mühafizəsi ilə bağlı fikir mübadiləsi aparacaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR