Bank Of Baku

Goranboy sakininin böyrəyindən 182 qram ağırlığında daş çıxarılıb - FOTO

Goranboy sakininin böyrəyindən 182 qram ağırlığında daş çıxarılıb - <font color=red>FOTO</font>
# 08 dekabr 2009 16:55 (UTC +04:00)
APA-nın qərb bürosunun xəbərinə görə, Fəxrəddin Qasımovun üzərində Gəncə şəhər Abbas Səhhət adına 1 saylı Xəstəxananın urologiya şöbəsində cərrahiyyə əməliyyatı aparılıb. Əməliyyat zamanı onun sol böyrəyində 10 santimetr uzunluğu olan 182 qram ağırlığında daş aşkarlanıb. Xəstəxananın urologiya şöbəsinin müdiri Zabit Quliyev APA-ya açıqlamasında deyib ki, əməliyyat zamanı daşın güman olunduğundan da böyük olduğunu görüblər: “Bu, böyük mərcanvari daşdır. Daş böyrəyi tamamilə tutduğundan o öz funksiyasını itirmişdi və cərrahiyyə əməliyyatı nəticəsində xəstənin sol böyrəyi götürülüb”.

1973-cü ildən böyrəyində daş olduğunu deyən F. Qasımov əməliyyatdan sonra özünü yaxşı hiss etdiyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR